Cümə axşamı, 02 May

"Qarabağ" dünya reytinqində "TOP-100"də!

image

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin aprel ayı üçün dünyanın ən yaxşı 300 klubunun yer aldığı siyahını açıqlayıb.

Xəbər verilir ki, siyahıda Azərbaycandan 2 klub yer alıb. "Qarabağ" 133 xalla 99-cu pillədə qərarlaşıb. Bundan əvvəlki reytinqlə müqayisədə 7 pillə irəliləyən Ağdam təmsilçisi "Mamelodi Sandaunz" (Cənubi Afrika), "Bayer" (Almaniya, Leverkuzen) klubları ilə eyni xal toplayıb

"Neftçi" isə 87 xalla 16 pillə irəliləyərək 221-ci yerə yüksəlib. Bakıı təmsilçisi "Kolon Santa Fe", "Nyuells Old Boys" (hər ikisi Argentina) və "Dandolk" (İrlandiya) komandaları ilə eyni xala malikdir.

Qeyd edək ki, siyahıya 305 xalla "Çelsi" (İngiltərə) başçılıq edir. "Atletiko Mineyro" (Braziliya) 304 xalla 2-ci, "Palmeyras" (Braziliya) 296 xalla 3-cüdür. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15